19 Ocak 2017 Perşembe

AZƏRBAYCAN SAYAĞI DƏMLƏNƏN ÇAY


AZƏRBAYCAN SAYAĞI DƏMLƏNƏN ÇAY - müxtəlif əlavələrlə dəmlənən çay. Adi çay dəmlənərkən hər stəkan suya 1,5 q quru çay nəzərdə tutulur. Çini dəm çaydanı qaynar su ilə yaxalanır, içinə quru çay, çaydanın 1/3—i qədər qaynar su tökülür və qalın dəmirin üstündə
vam odda 5 dəqiqə dəmlənir. Sonra çaydana ağzına qədər qaynar su əlavə edilir. Çay zövqə görə qənd, mürəbbə və s. ilə içilir. Süfrəyə nazik dilimlərlə doğranmış limon və müxtəlif şirniyyat qoyulur. Çayı şirin içmək istəyənlər üçün şəkər tozu da verilir. Çay dəmləyərkən quru çaya müxtəlif ətirli əlavələr (ədviyyat) də qatmaq olar. Zirə, reyhan, qızılgül ləçəkləri, zəncəfil, hil, darçın, mixək, yemişan, kəklikotu, itburnu ilə bir yerdə dəmlənmiş çay ətirli, dadlı olmaqla bərabər, müalicəvi əhəmiyyətə də malikdir. Hər 5-6 quru çaya 2-3 q ədviyyat qatılmalıdır.

Hiç yorum yok:

Yorum Gönder