18 Ocak 2017 Çarşamba

ALİ MÜSƏMMA PLOV


ALİ MÜSƏMMA PLOV - plov növü. Duzlu suda qaynadılıb yarımhazır vəziyyətə çatdırılmış düyü süzülür, yağlanır, bir hissəsinə zəfəran şirəsi vurulur, zövqə görə qazmaq hazırlanır və dəmə qoyulur. Xuruş (aş qarası) hazırlamaq üçün qoyun oti doğranıb azca suda bişirilir və qızardılır. Sonra ona yağda qızardılmış soğan, yuyulmuş albuxara, zəfəran şirəsi, darçın və az miqdarda ət suyu əlavə edilərək hazır olunca öz buğunda bişirilir. Süfrəyə verilən zaman düyü təpəcik şəklində qaba çəkilir, üstünə zəfəran şirəsi vurulmuş düyü tökülür, yanına xuruş qoyulur.

Hiç yorum yok:

Yorum Gönder