8 Şubat 2017 Çarşamba

30 Ocak 2017 Pazartesi

25 Ocak 2017 Çarşamba

Kartoflu Qəlyanaltılıq Keks

Ərzaqlar:

4-5 ədəd kartof 1 su st. qatıq
1 su st. duru yağ 3 yumurta
2 su st.un
1 paket qabartma tozu
duz
istiot
cirə,razyana 100 qr. ağ pendir
Üzəri üçün: küncüt,çörəkotu

Hazırlanması:
Kartofları soyub doğrayın. Duxovka listinin içinə yerləşdirin. Ayrı bir qabda yumurtanı, duru yağı və qatığı qarışdırın. Unu və qabartma tozunu da əlavə edin.Sonda ədviyyatları da qatıb qarışdırın.

Keksin xəmiri kimi bir az sulu olacaqdır, (şəkillərdə görünür) Doğranmış kartofun üzərinə xırda-xırda doğradığınız pendirləri də səpələyin. Hazırladığınız bu qarışımı pendirli kartofun üzərinə tökün. Üzərini bəzəyərək 170 dərəcədə üzəri qızarana qədər təxminən 20-25 dəqiqə bişirin. NUŞ OLSUN.

QEYD:

Keks xəmirini tökdüyünüz zaman sinini bir az əlinizdə silkələyin ki,xəmir kartofun altına keçsin.

19 Ocak 2017 Perşembe

AZƏRBAYCAN SAYAĞI DƏMLƏNƏN ÇAY


AZƏRBAYCAN SAYAĞI DƏMLƏNƏN ÇAY - müxtəlif əlavələrlə dəmlənən çay. Adi çay dəmlənərkən hər stəkan suya 1,5 q quru çay nəzərdə tutulur. Çini dəm çaydanı qaynar su ilə yaxalanır, içinə quru çay, çaydanın 1/3—i qədər qaynar su tökülür və qalın dəmirin üstündə

18 Ocak 2017 Çarşamba

ALİ MÜSƏMMA PLOV


ALİ MÜSƏMMA PLOV - plov növü. Duzlu suda qaynadılıb yarımhazır vəziyyətə çatdırılmış düyü süzülür, yağlanır, bir hissəsinə zəfəran şirəsi vurulur, zövqə görə qazmaq hazırlanır və dəmə qoyulur. Xuruş (aş qarası) hazırlamaq üçün qoyun oti doğranıb azca suda bişirilir və qızardılır. Sonra ona yağda qızardılmış soğan, yuyulmuş albuxara, zəfəran şirəsi, darçın və az miqdarda ət suyu əlavə edilərək hazır olunca öz buğunda bişirilir. Süfrəyə verilən zaman düyü təpəcik şəklində qaba çəkilir, üstünə zəfəran şirəsi vurulmuş düyü tökülür, yanına xuruş qoyulur.

17 Ocak 2017 Salı

YEMƏK

YEMƏK - insanın qidalanması üçün ərzaq məhsullarından istifadə edilməklə hazırlanan xörəklər, qəlyanaltılar, göyərtilər, salatlar və s. yeyilməsi mümkün olan ərzaqlardir.